Ali Məclisinin buraxılması qaydası dəyişdirildi

Ali Məclisinin buraxılması qaydası dəyişdirildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması qaydası müəyyənləşir.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan  “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində əksini tapıb.

 

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavə edilməsi təklif olunan 28-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 deputatın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən və ya Konstitusiyanın müvafiq maddələrində (26-cı maddənin II–V hissələri və və 27-ci maddə) göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılacaq.

 

Layihəyə əsasən, növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçiriləcək.

 

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 26-cı maddənin (Qanunvericilik təşəbbüsü hüququ) II–V hissələri aşağıdakılardır:

 

- Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

- Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər.

- Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının Naxçıvan Muxtar Respublikası Baş nazirinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur.

- Qanun və qərar layihəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən (Qanunların və qərarların imzalanması), qanunlar və qərarlar qəbul edildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən imzalanır. Təcili elan olunan qanun və qərar layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən qəbul edildiyi gündən 24 saat ərzində imzalanır.

 

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.


Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Avropa çempionatına 39 güləşçi ilə QATILIR

İyunun 25-dən 28-dək İtaliyanın Kaorle şəhərində U15 Avropa çempionatı keçiriləcək. Sfera.az xəbər verir ki, Azərbaycan 2017-ci ildən keçirilən bu yar...

3 marşrutrun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakıda 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir...

Milli Məclisin növbədənkənar plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Milli Məclisin növbədəkənar sessiya çərçivəsində növbəti plenar iclası 24 iyunda keçiriləcək.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictima...

Bu ölkə vətəndaşlarını İrandan təxliyə etdi

İsrailin İrana qarşı davam edən hücumları fonunda Küveyt və Oman öz vətəndaşlarını təxliyə edib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ...

İlham Əliyevin konfrans iştirakçılarına müraciəti BMT sənədi kimi yayıldı

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 26-27-də Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və istiqmaların dağıdılması” mövzusunda be...

56 yaşlı kişi bağda gilas yığarkən vəfat etdi

Xaçmazda meyvə bağında kişi meyidi tapılıb.   Sfera.az Bizim.Media-ya istiadən xəbər verir ki, rayonun Müzəffəroba kəndində 59 yaşlı Qurbanalı E...