Logo

İlham Əliyev sabah Türkiyəyə gedəcək

İlham Əliyev sabah Türkiyəyə gedəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan Prezidenti İlham Əliyev Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2025-ci il iyunun 19-da cümə axşamı günü ölkəmizə səfər edəcək”.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun X səhifəsində yazıb.

Onun sözlərinə görə, səfər çərçivəsində Prezidentimiz və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2023-cü ilin fevral ayında ölkəmizdə baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adıyla inşa edilən yaşayış kompleksinin açılışı həyata keçiriləcək:

“Səfər zamanı Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə yanaşı, aktual regional proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulur”.

İlham Əliyev sabah Türkiyəyə gedəcək

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR