Prezident İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib - FOTO


Prezident İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib.

 

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafından məmnunluq bildirildi, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulandı.

 

Əlaqələrimizin möhkəmlənməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunuldu, bu xüsusda Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri və keçirilən səmərəli müzakirələr qeyd olundu.

 

Qonaq vurğuladı ki, Şimali Makedoniya Azərbaycanı dost ölkə kimi qəbul edir.

 

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrimizin perspektivlərinə dair müzakirələr aparıldı, Azərbaycan və Şimali Makedoniyanın qanunverici orqanları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu.

 

Məqaləyə dair fotomateriallar:

 


OXŞAR XƏBƏRLƏR

Yeniyetmələrə qarşı zorakılıq edən kişinin cəzası bəlli oldu

Bakıda tükürpədən cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.     Sfera.az  xəbər verir ki, söhbət iki yeniyetməyə q...

Röyanın atasının səhhətində problem yarandı - FOTO

Xalq artisti Röya Ayxanın səhhətində problem yaranması ilə bağlı məlumat yayılıb.   Sfera.az xəbər verir ki, müğənninin paytaxtda yerləşən ...

“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit

"Unibank" 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə bütün səhiyyə əməkdaşlarını təbrik edir, onlara fədakar fəa...

Gədəbəy və Lerik Rayonlarına Yeni Prokurorlar Təyin Olundu

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.   Bu barədə Sfera.az-a Baş Pr...

Azərbaycanda 18 yaşlı tələbə vəfat etdi - FOTO

Azərbaycanda 18 yaşlı tələbə dünyasını dəyişib.   Sfera.az "Unikal"a istinadla xəbər verir ki, Əlipaşayev Kənan Kamran oğlu xəstəlikdə...

İsrail bəhanəsi ilə Türkiyə-Azərbaycan qardaşlığına hücum - VİDEO

İsrail və İran arasındakı gərginlik bəhanə edilərək Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq hədəfə alınır. Maraqlıdır ki, bu xəbərlər Türkiyə Prez...