Fələstinin yeni səfiri İlham Əliyevin QƏBULUNDA -FOTO


Fələstinin yeni səfiri İlham Əliyevin QƏBULUNDA -FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib.

 

Sfera.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

 

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.


Dövlətimizin başçısı xalqlarımızı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini deyərək, səfirin ölkəmizdə fəaliyyəti dövründə bunun şahidi olacağına əminliyini bildirdi, xalqlarımız arasında münasibətlərin dövlətlərarası əlaqələr üçün də önəmli amil olduğunu vurğuladı. Əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini deyən Azərbaycan Prezidenti bu xüsusda yüksəksəviyyəli müxtəlif qarşılıqlı səfərlərin önəminə toxundu. Dövlətimizin başçısı ikitərəfli siyasi əlaqələrimizi qeyd edərək, ölkələrimiz arasında qarşılıqlı dəstəyi və həmrəyliyi vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın Fələstin xalqının haqlı tələbini, İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” və BMT-nin müvafiq qərarları əsasında həllini, eyni zamanda, BMT Baş Assambleyasında Fələstin məsələsi ilə əlaqədar keçirilən səsvermələrdə Fələstinin haqlı mövqeyini həmişə dəstəklədiyini bir daha bildirdi. Ölkəmizin Fələstinə göstərdiyi humanitar yardımı xatırladan Azərbaycan Prezidenti bunun gələcəkdə də davam edəcəyini dedi.

 

Prezident İlham Əliyev Fələstinin ölkəmizdəki səfirliyinin uzun müddətdir fəaliyyət göstərməsini məmnunluqla qeyd edərək, bunun üçün Azərbaycan dövlətinin verdiyi dəstəyə toxundu.


Dövlətimizin başçısı Azərbaycanın daim İslam həmrəyliyinin gücləndirilməsinə çalışdığını dedi və bunun İslam Əməkdaşlıq Təşkilatı, onun rəhbər orqanları tərəfindən həmişə yüksək qiymətləndirildiyini vurğuladı. Bu təşkilatın Zirvə görüşünün gələn il Azərbaycanda təşkil ediləcəyini bildirən dövlətimizin başçısı belə mötəbər tədbirin keçirilməsi üçün ölkəmizin seçilməsini bütün müsəlman aləmində bizə olan xoş münasibət kimi qiymətləndirdi və Fələstinin də bu toplantıda yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını ifadə etdi.
 

Əhməd Metani Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını dövlətimizin başçısına çatdırdı.
 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş etdi.

 

Dövlətimizin başçısı Fələstin Prezidentinin ölkəmizə rəsmi səfərini, həmçinin onunla beynəlxalq tədbirlər zamanı görüşlərini məmnunluqla xatırladı.


Səfir dövlətimizin başçısının 15 İyun - Milli Qurtuluş Günündə onu qəbul etməsindən böyük şərəf hissi keçirdiyini bildirdi. O, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə ölkəmizin çətin vəziyyətdən çıxdığını vurğuladı. “Biz Azərbaycan üçün hər zaman tərəqqi, həmçinin daha yüksək nailiyyətlər və əmin-amanlıq arzu edirik”, - deyən səfir Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti və rəhbərliyi nəticəsində ölkəmizin regionda və dünya səviyyəsində çox mühüm bir dövlətə çevrildiyini qeyd etdi.
 

Söhbət zamanı siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstəkdən məmnunluq ifadə olundu.









OXŞAR XƏBƏRLƏR

Ərdoğan gün ərzində ikinci dəfə Trampla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son sutka ərzində ikinci dəfə amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.   Sfera.az xəbər...

İranın ümumilikdə 14 nüvə alimi öldürüldü

Cümə günündən bəri İsrailin hücumları nəticəsində azı 14 iranlı nüvə alimi öldürülüb.   Fars körfəzi bölgəsindəki iki mənbənin verdiyi məlumata görə,...

İran İsrailə 50 ballistik raket atdı

İran tərəfindən İsrailə 50 ballistik raket atılıb. İsrail ordusu Təl-Əviv, Yerusalim və Hayfa şəhərlərində əhalini dərhal sığınacaqlara getməyə çağırıb. &nbs...

Qırğızıstanın İran səfirliyinin əməkdaşları Azərbaycana gəldi

Xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi çərçivəsində dövlət sərhədinin Astara sərhəd-keçid məntəqəsindən keçid prosesi davam edir.   Sfera.az&n...

Çimərlikdə batan yeniyetmələrin meyitləri tapıldı

Xəbər verildiyi kimi, Bakı şəhərinin Səbail rayonu, Şıx çimərliyində dənizdə 2 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə N...

Bakıda avtobus sürücüsü kimi gündəmə gələn narkoman vəfat etdi

Ötən il Bakıda müntəzəm marşrut xətti üzrə sürücüsü kimi çalışan, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi olduğunu bildirən &ldq...