Rusiya Azərbaycana təşəkkür etdi

Rusiya Azərbaycana təşəkkür etdi

Rusiya Xarici İşlər Nazirliyi Rusiya Federasiyası vətəndaşlarının Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsində, mehmanxanada yerləşdirilməsində və Rusiyaya qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycana təşəkkür edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin teleqram kanalında bildirilib.

 

Qeyd olunub ki, İsrailin İran İslam Respublikasına qarşı hərbi əməliyyatları nəticəsində vəziyyətin gərginləşməsi, regionun əksər ölkələrində hava məkanının bağlanması və uçuşların ləğvi fonunda oradakı Rusiya vətəndaşlarının xilas edilməsi məsələsi aktuallaşıb.

 

"2025-ci il iyunun 14-nə keçən gecə Rusiyanın İrandakı səfirliyi və Rusiyanın Azərbaycandakı səfirliyinin iştirakı ilə 86 nəfərlik birinci qrup (iki uşaq) Astara Çoxtərəfli Avtomobil Nəzarət Məntəqəsi vasitəsilə artıq İran və Azərbaycan arasında dövlət sərhədinin quru hissəsini keçib.

 

Söhbət dünya şöhrətli rusiyalı rejissor Fyodor Bondarçukun çəkiliş qrupundan gedir. Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsində, qrupun mehmanxanada yerləşdirilməsində və vətəndaşlarımızın Vətənə qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk", -  deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

 

Eyni zamanda Rusiya XİN-nin teleqram kanalında rusiyalı qrupun sərhəddən Azərbaycan avtobusu ilə Bakı istiqamətində daşınmasının videosu paylaşılıb.


OXŞAR XƏBƏRLƏR

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

İkinci Dünya Müharibəsi zamanı xarici məxfi agentlər tənha bir kottecdə yerləşdirilirdi. Agentlər nəzarət altında, mühafizə olunmurdular, lakin bəzən divarı yar...

KİV: İran İsrailə yeni raket zərbələri endirib

İranın Silahlı Qüvvələri İsrail ərazisinə ballistik raketlər atıb.   Sfera.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. ...

Abraham Linkolnun öldürülməsinin qarşısını ala bilmədiyi üçün ağlını itirdi - FOTO

Birlik ordusunun mayoru Henri Rathbone bütün həyatını günahkar hiss edərək keçirib. O, Abraham Linkolnun qatili Con Uilks Butun qarşısını ala bilmədiyi üçün ağl...

Nasistlərin illərlə işgəncə verib iki dəfə edam etdiyi admiralın dəhşətli hekayəsi

Nasistlərin ən nifrət etdiyi şeylərdən biri vətənə xəyanət idi. Bu səbəbdən Hitlerin sərt idarəçilik tərzinə qarşı çıxan admiral Kanaris ölümü dadsın deyə əvvəl...

Netanyahu: "İki dəfə Trampı öldürmək istəyib"

İran bütün Qərbi təhdid edib və iki dəfə Trampı öldürmək istəyib.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu videomü...

Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım -FOTO

Azərbaycan Prezidenti İlham Əliyev “X”dəki hesabında 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaşımı təqdim ...