Bu şəxslərə də diplomatik pasport veriləcək

Bu şəxslərə də diplomatik pasport veriləcək
Kateqoriya məlum deyil
T

Xarici İşlər Nazirliyi tərəfindən diplomatik pasport verilən şəxslərin siyahısı genişləndirilib.

 

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Pasportlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

 

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri də diplomatik pasport əldə edə biləcəklər.

 

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

 

Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR