Əli Əsədov Mirziyoyevlə görüşdü


Əli Əsədov Mirziyoyevlə görüşdü

Özbəkistanda rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 10-da bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu haqda Nazirlər Kabineti məlumat yayıb.

 

Bildirilib ki, Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb.

 

Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

 

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub, əlaqələrin müttəfiqlik səviyyəsinə çatmasının əhəmiyyəti vurğulanıb.

 

İkitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran bir çox sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

 

Ə.Əsədov Özbəkistan yığmasının tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanması münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib.

 


OXŞAR XƏBƏRLƏR

Bir inci saflığı varsa da... - Su içməyin ZƏRƏRLƏRİ

Yay aylarında həm havaların isinməsi, həm də arıqlamaq istəyənlərin sayı artdıqca, suya olan maraq da artır. Bir tərəfdə günvurma və susuzluq qorxusu, digər tər...

Əmisi Ceyhunun izi ilə gedən və onun adını daşıyan şəhid! – Ordubadda bir ailənin iki şəhidi yad edildi - VİDEO/FOTO

“Ordubadın Gənzə kəndindən olan qəhrəman bir ailənin – bir ocağın iki şəhidini yad etmək üçün ailəmizlə, dostlarımızla və Azərbaycanın müxtəlif bölg...

Bakıda uşaq bağçasında ölüm hadisəsi

Bakıda uşaq bağçasında ölüm hadisəsi olub.   Sfera.az xəbər verir ki, hadisə Xətai rayonu G.Mehmandarov küçəsində yerləşən uşaq bağçasında qeydə alın...

Uşaqların ən çox işlədildiyi, istismar olunduğu- ÖLKƏLƏR

Bu gün dünyada Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT/ILO) təşəbb...

İlham Əliyev Filippin dövlət başçısını təbrik etdi

Prezident İlham Əliyev Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markosa təbrik məktubu ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən...

Prezident İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.   Sfera.az AZƏRTAC...