İlham Əliyev Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak etdi - FOTOLAR

İlham Əliyev Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak etdi - FOTOLAR
Kateqoriya məlum deyil
T

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib.

 

Sfera.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dövlətimizin başçısına yaradılan şərait barədə məlumat verdi.

 

Bildirildi ki, ümumi sahəsi 25 min kvadratmetr olan 18 mərtəbəli binada komitənin struktur bölmələrinin əməkdaşlarının yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb.

 

Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının layihə-quraşdırma işlərində maksimum səviyyədə ən müasir texnologiyalardan istifadə olunub. Bütün layihəçilər, mühəndislər və inşaatçılar Azərbaycan vətəndaşlarıdır və ölkə universitetlərinin məzunlarıdırlar.

 

Buradakı Hədəf Mərkəzində ölkə üzrə yük nəqliyyat vasitələrinin hərəkəti elektron xəritədə müşahidə olunur. Eyni zamanda, Xəzər dənizində gəmilərə gömrük nəzarəti və gömrük postlarına real vaxt rejimində videomüşahidə həyata keçirilir. Binada süni intellekt əsaslı risk idarəetmə sistemi və informasiya texnologiyaları infrastrukturu yaradılıb. Həmçinin burada kibertəhdidlərin kəşfiyyatı və qarşısının alınması ilə bağlı xüsusi avadanlıq yerləşdirilib. Ümumilikdə yeni binada informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Bu sistemlər mövcud və gələcək xidmətlərin artırılmasını nəzərdə tutub.

 

Binanın 5-ci mərtəbəsində 1200 kvadratmetrlik asma bağ salınıb, müxtəlif növ ağac və dekorativ gül kolları əkilib. 500 kvadratmetrlik açıq sahədə əməkdaşların istirahəti və gəzintisi üçün guşə yaradılıb, kafe inşa olunub.

 

Binada gömrük xidməti əməkdaşlarının iş otaqlarından başqa 500 nəfərlik konfrans zalı, 17 iclas otağı, atıcılıq tiri, idman sahələri, yeməkxana, kafe var.

 

Dövlətimizin başçısı gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda müsadirə olunmuş tarixi-mədəni əşyalardan ibarət muzeyə baxdı. Burada eramızdan əvvəl birinci minillikdən XX əsrin 50-ci illərinədək dünya ölkələrinin tarixini əhatə edən eksponatlar sərgilənir.

 

Qeyd edək ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən, son illərdə həyata keçirilən irimiqyaslı layihələr hesabına beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasında ölkəmizin əhəmiyyətli rolu nəzərə alınmaqla gömrük işinin müasir səviyyədə təşkili, bu sahədə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlar hesabına indi ölkəmizin gömrük xidmətində ən müasir texnologiyaların, qabaqcıl təcrübənin, elmi əsaslı layihələrin, rəqəmsal həllərin tətbiqi həyata keçirilir. Reallaşdırılan qabaqcıl texnoloji həllər gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, iqtisadi təhlükəsizliyin daha etibarlı təmin olunması ilə yanaşı, şəffaflığın artırılmasına, gömrük-biznes əməkdaşlığının qarşılıqlı etimad əsasında gücləndirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradıb.

 


 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Gallery image 30
Gallery image 31
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
Thumbnail 30
Thumbnail 31
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR