Qətər əmiri Prezident Əliyevi təbrik etdi

Siyasət
20:45 / 03.06.2025
6878
Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Sfera.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Sizə və xalqınıza Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımızı və təbriklərimizi çatdırıram.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına daha da çox firavanlıq və tərəqqi diləyirəm.
Həmçinin ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin qarşıdakı illərdə möhkəmlənməkdə davam etməsini arzulayıram".