Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişdi

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişdi

Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “ Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

 

Qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.

 

Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.

 

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


 
Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank"dan sosial məsuliyyət nümunəsi

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbank sosial məsuliyyət və ailə dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirib. Bank tərə...

"Ruslar aktivləşib"- Ukrayna silahlı qüvvələrinin Baş komandanı

Ruslar əhəmiyyətli dərəcədə aktivləşib və Zaporojye istiqamətində hücum həyata keçirir.   Sfera.az xəbər verir ki, bunu Ukrayna silahlı qüvvələrinin ...

Azərbaycanda dörd ayda 2700-dən çox qanunsuz miqrant saxlanılıb

Cari ilin ilk 4 ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən ümumilikdə 6228 inzibati qərar qəbul edilib. ...

“İnter"in sabiq prezidenti vəfat etdi

İtaliyanın “İnter” futbol klubunun keçmiş sahibi və prezidenti Ernesto Pelleqrini 84 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanla İran iclas keçirdi - Araza görə...

Bakıda Azərbaycan və İran nümayəndələrinin iştirakı ilə Araz çayının su və enerji ehtiyatlarının istismarı üzrə Daimi Birgə Komissiyanın 54-cü iclası keçirilib....

"Tottenhem" 4 futbolçusu ilə yollarını ayırdı

İngiltərə təmsilçilərindən "Tottenhem" 4 futbolçusu ilə yollarını ayırıb.   Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlum...