Finlandiya Prezidenti İlham Əliyevi təbrik etdi

Siyasət
18:12 / 29.05.2025
6783
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Sfera.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".