İlham Əliyevi təbrik etdilər


İlham Əliyevi təbrik etdilər

Şri-Lanka Prezidenti Anura Kumara Dissanayake Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, məktubda deyilir:

 

“Zati-aliləri.

 

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Şri-Lanka Hökuməti və xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

 

Şri-Lanka ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığa, qarşılıqlı anlaşmaya və ümumi dəyərlərə əsaslanan səmimi dostluq əlaqələri mövcuddur. Əminəm ki, ölkələrimiz arasında sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə daha da genişlənəcək və möhkəmlənəcəkdir.

 

Zati-alinizin uzaqgörən rəhbərliyi Azərbaycanı sülh, tərəqqi və firavanlıq yolu ilə irəliyə doğru aparmışdır.

 

Mən, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29), xüsusilə də iqlim dəyişikliyi problemi ilə bağlı kollektiv səylərin birləşdirilməsində Azərbaycanın nümunəvi rəhbərliyini yüksək qiymətləndirirəm.

 

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram”.

 

***

 

“Azİz” – İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov:

 

“Hörmətli İlham Heydər oğlu.

 

Sizi “Azİz” Assosiasiyası və bütün dost İsrail xalqı adından böyük bayram – Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

 

1918-ci il mayın 28-i Azərbaycan xalqının azadlıq, demokratiya və müstəqillik hüququnu dünyaya bəyan etdiyi gündür.

 

Güclü, qüdrətli dövlət olan müasir Azərbaycanı İsrail ilə möhkəm dostluq münasibətləri, qarşılıqlı hörmət və geniş əməkdaşlıq birləşdirir.

 

Əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icması həmişə səmimiyyət, hörmət və təhlükəsizlik hiss edib. Bu nadir münasibət hər iki xalq üçün fəxrdir.

 

“Azİz” Assosiasiyası ölkələrimiz arasında tərəfdaşlığın, dialoqun və mədəni mübadilənin inkişafına öz töhfələrini verməkdə davam edir.

 

Bu əlamətdar gündə Azərbaycana daha böyük tərəqqi və yeni nailiyyətlər arzulayıram. Qoy, xalqlarımız arasında dostluq daha da möhkəmlənsin və bütün vətəndaşlarınız ölkənizdə hər zaman firavanlıq, təhlükəsizlik şəraitində, qürurla yaşasınlar!”


OXŞAR XƏBƏRLƏR

Məşhur rəssamın oğurlanmış tablosu zibil qutusunda tapıldı: Dəyəri nə qədərdir?

Bir kişi məşhur rəssamın tablosunu zibil qutusundan tapıb və onu dörd il şkafda saxlayıb   Sfera.az bildirir ki, Jan-Pol Riopelin dəyəri 58 min dollara...

Ailəsinə yadplanetlilərlə səyahətə gedəcəyini deyərək yoxa çıxan adam: Həyətindən UFO tapıldı

1980-ci il noyabrın 29-na keçən gecə Kanadanın Dunkan şəhərində qəribə hadisə baş verib. Qrencer Taylor adlı şəxs ailəsinə məktub yazaraq yadplanetlilərlə əlaqə...

Baş məşqçi millimizin finala yüksəlməsini belə şərh etdi

Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Azərbaycan xalqını ürəkdən təbrik edirəm.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol millisi...

Cənubi Qafqazda sülh üçün çalışırıq - Yaşar Gülər

Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin qorunması üçün çalışır.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İtaliy...

“Haribo”larda narkotik aşkarlandı: Bütün “Haribo”lar geri qaytarılır

Dünyanın ən böyük şirniyyat şirkətlərindən biri olan “Haribo”d məhsullarında narkotik qalmaqalı yaşanıb. Sfera.az bildirir ki, bütün dünyada sa...

Tramp: ABŞ tezliklə İranla razılaşma əldə edə bilər

ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı mübahisələri həll etmək üçün razılığa gələ bilər.   Sfera.az xəbərinə görə, bunu ABŞ Pre...