Ərdoğan: “Yeni konstitusiya hakimiyyəti möhkəmləndirəcək”

Ərdoğan: “Yeni konstitusiya hakimiyyəti möhkəmləndirəcək”

Türkiyə konstitusiyasına dəyişikliklər icra hakimiyyətinə daha operativ qərarlar qəbul etməyə imkan verəcək.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada Almaniya kansleri Angela Merkel ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Yeni konstitusiya icra hakimiyyətinə daha operativ fəaliyyət göstərməyə imkan yaradacaq, qanunverici hakimiyyətə operativ qərarlar qəbul etmək üçün yol açacaq və məhkəmə hakimiyyətini möhkəmləndirəcək. Parlament referendumun keçirilməsinə dair qərar qəbul edib. Yekun qərarı xalq verəcək. Düşünürəm, referendum apreldə keçiriləcək", - deyə Ərdoğan qeyd edib.  
 
Merkel,  öz növbəsində, ATƏT müşahidəçilərinin keçiriləcək referendumda iştirak etməsinin vacibliyini qeyd edərək, yeni siyasi sistemdə hakimiyyət bölgüsünün qorunub saxlanılmasının zəruriliyini vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...