Romadakı konfransa Bakının dəvəti: Orta gücə çevrilən Azərbaycan - RƏY

Romadakı konfransa Bakının dəvəti: Orta gücə çevrilən Azərbaycan - RƏY

“Özünü orta güc kimi təsdiq edən Azərbaycan artıq regional böhranların həllində və geosiyasi proseslərdə aktiv iştirakçı rolunda çıxış etməklə, sülhə sabitliyə öz töhfəsini verməkdədir. Ukrayna xarici işlər naziri Andrey Sibiqanın Azərbaycana səfəri və Bakıda keçirdiyi görüşlərdə verilən mesajları bunun bariz nümunəsi hesab etmək olar. Azərbaycan Ukrayna müharibəsi ilə bağlı mövqeyini ilk gündən açıq şəkildə bəyan edib və bu gün də həmin mövqeyindədir. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan müharibənin Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə tərəfdardır. Bunu Azərbaycan Prezidenti dəfələrlə və ukraynalı nazirlə görüşündə də bir daha bəyan edib".

 

Sfera.az xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

 

"İkinci məqam ondan ibarətdir ki, Azərbaycan müharibənin ilk günlərindən Ukraynaya humanitar yardım edib. İndiyədək Azərbaycan 40 milyon dollar həcmində yardım edib. Bu rəsmi rəqəmdir. Bundan əlavə olaraq Azərbaycan ictimaiyyəti də bu prosesdə aktiv iştirakçı olub.

 

Üçüncü məqam isə ondan ibarətdir ki, Azərbaycan həm də müharibənin gedişi dövründə Ukraynanın quruculuq-bərpa işində iştirak edib və bu proses davam etməkdədir.

 

Azərbaycan Ukraynanın İrpen şəhərində hücum nəticəsində dağılan məktəbini yenidən bərpa edərək istifadəyə verib.
Dördüncüsü, Azərbaycan beynəlxalq platformalarda da Ukraynaya dəstək verən ölkələrdəndir”, -  o söyləyib.

 

Deputat əlavə edib ki, Azərbaycan bundan sonra da Ukraynaya dəstək verməkdə davam edəcək: “Bu, həm siyasi, həm iqtisadi, həm humanitar, həm də quruculuq-bərpa prosesində yaxından iştirak edəcək. 10-11 iyul tarixlərində Romada keçiriləcək Ukraynanın Bərpası Konfransı keçiriləcək və orada Azərbaycan da təmsil olacaq. Xarici işlər naziri Ceyhun Bayramov Bakının bu toplantıda iştirakını təsdiq edərək deyib ki, Ukraynanın bərpası, həm də iqtisadiyyatına investisiya yatırılması prosesində iştirak edəcək. Azərbaycanın Ukraynadakı proseslərdə iştirakı Avrasiya bölgəsində sülhün, sabitliyin, əməkdaşlığın yenidən formalaşmasına töhfə verməklə yanaşı, geosiyasi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək”.

 

Deputat əlavə edib ki, Azərbaycan son illərdə ümumiyyətlə dünyada beynəlxalq humanitar böhranların aradan qalxmasında özünməxsus yeri və rolu olan ölkədir: “Azərbaycan COVİD-19 pandemiyası zamanı 80-dən çox ölkəyə həcmi on milyonlarla dollarla ölçülən maddi və humanitar dəstək göstərib. Bu ölkələrin əksəriyyəti Azərbaycanın yerləşdiyi bölgəinin hüdudlarından kənarda, o cümlədən Afrika qitəsində olan ölkələr olub.

 

Azərbaycan hazırda Yaxın Şərqdəki proseslərdə, xüsusən də Suriyanın yenidən bərpasında iştirak niyyətini ortaya qoyub və bu istiqamətdə ciddi işlər getməkdədir.

 

Azərbaycanın bu rolu beynəlxalq aləm tərəfindəndə də təqdir olunmaqdadır. Azərbaycanın bu rolu Avropa İttifaqı rəhbərlərinin Alnabiyada Avropa Siyasi Birliyinin sammitində cənab Prezident İlham Əliyevlə görüşündə də ölkəmizin daha geniş coğrafiyada  sülhə, sabitliyə, əməkdaşlığın yaranmasına verdiyi töhfə təqdir olunub. Romada keçiriləcək Ukraynanın Bərpası Konfransında dəvətə gəldikdə isə bunu Qərbin Azərbaycanı orta güc olması ilə hesablaşması və regional proseslərin həllinə töhfə verə biləcək ölkə kimi qiymətləndirmək lazımdır. 

 

Onu da xüsusilə qeyd etmək istərdim ki, bu gün Azərbaycana qarşı olan ölkələr belə cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətlə hesablaşır. Bu özünü, istər ölkəmizə edilən səfərlər, istər ölkə başçısının xarici səfərləri, istər beynəlxalq tədbirlərdə cənab Prezidentə olan münasibətdə aydın şəkildə büruzə verir. Əminəm ki, bu siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində orta güc kimi daha ciddi oyunçu rolunda çıxış etməsi ilə nəticələnəcək”. 

 


OXŞAR XƏBƏRLƏR

İçəriyə bomba qoyulduğunu iddia edən sərnişin təyyarədə xaosa səbəb olub - FOTO

Avropa səmasında təyyarənin qapısını açmağa çalışan sərnişini üç nəfər saxlayıb. Hadisədən sonra kapitan ən yaxın hava limanına planlaşdırılmamış eniş etməyə mə...

İtlərin böyütdüyü Oksana Malayanın qeyri-adi hekayəsi - FOTO

Bəzi uşaqlar yalnız itləri təqlid etməklə əylənirlər. Lakin Oksana Malaya üçün bu, oyun deyil, sağ qalma yolu idi. Ailəsi tərəfindən baxımsız qalan bu kiçik qız...

40 il sivilizasiyadan kənar qalmış Lıkovlar ailəsinin şok hekayəsi

1978-ci ilin yayında Rusiyada Cənubi Sibir meşələrində mineral kəşfiyyat ekspedisiyası alimləri heyrətə gətirib.   Sfera.az bu yazıda sizə 40 il sivi...

Prezident 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım etdi

Prezident İlham Əliyev 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.   Sfera.az xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərba...

Emin qızları ilə görüntülərini paylaşdı -VİDEO

Xalq artisti Emin Ağalarov qızları Əminə və Alyona ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, sənətçi onlarla görüntülərini izləyicilər...