Prezident İlham Əliyev “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib


Prezident İlham Əliyev “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də "LATIFA" Laçın tikiş fabrikinin açılışında iştirak edib.

 

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, "Bakı Abadlıq Xidməti" MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısı İlham Əliyevə fabrik barədə məlumat verdi.

 

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş "Laçın Aqro-Sənaye Parkı" fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən Parkda artıq 12 müəssisə fəaliyyət göstərir.

 

Bildirildi ki, sənaye parkında daha iki müəssisənin işə başlaması nəzərdə tutulur. Bunlardan biri "LATIFA" Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir.

 

Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.


OXŞAR XƏBƏRLƏR

Prezident 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım etdi

Prezident İlham Əliyev 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.   Sfera.az xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərba...

Emin qızları ilə görüntülərini paylaşdı -VİDEO

Xalq artisti Emin Ağalarov qızları Əminə və Alyona ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, sənətçi onlarla görüntülərini izləyicilər...

Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI

Paytaxtda maşınla qəsdən adam vuranlar saxlanılıblar.   Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Rövşən Hüseynov küçəsində...

Millimiz dünya çempionatında 1/4 finala adladı

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında 1/4 finala adlayıb.   Sfera.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi ...

Canlı oxuya bilməyən müğənni toydan 70-80 min AZN qazandığını etiraf etdi - VİDEO

Müğənni  Zəhra Muradova canlı oxuya bilmədiyi halda toylardan fantastik qazanc əldə etdiyini vurğulayıb.   Sfera.az bildirir ki, o bu barəd...