Misir səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı


Misir səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Məhəmməd Nağını ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

 

Sfera.az xəbər verir ki, C. Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

 

Nazir tarixi dostluğa və qardaşlığa əsaslanan Azərbaycan və Misir münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, D-8 kimi çoxtərəfli platformalarda uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.

 

Görüşdə iki ölkənin liderlərinin 2023 və 2024-cü illərdə qarşılıqlı şəkildə rəsmi səfərlərinin iki ölkə arasında münasibətlərə xüsusi təkan verdiyi qeyd olunub. Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti və Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmə mexanizmlərinin intensivləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

 

Misir səfiri Hişam Məhəmməd Nağı Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü bildirib.

 


OXŞAR XƏBƏRLƏR

Minillik yala:Niyə pişiklərə süd verilməməlidir?

    İnsanlar və pişiklər min illərdir yan-yana yaşayıblar. Bu müddət ərzində heyvanların davranışı ilə bağlı miflər yaranıb. İndi isə elm adamla...

“Mənə işgəncə verib, bıçaqla vurub” - Xalq artisti keçmiş ərindən danışdı
“Biz altı-yeddi il bir yerdə olmuşuq. Mənə hər zaman işgəncə verib, təhdid edib. Dəfələrlə ondan qaçıb başqa yerdə yaşamışam. Amma bunu çox adama bildirmə...

Bəy toyda gəlinin üzün çəngəllə zədələdi: Bir il sonra boşandılar

Bəy toyda sevgilisinin üzünə tort ataraq çəngəllə xəsarət yetirib. Cütlük mərasimdəki xoşagəlməz hadisədən bir il keçməmiş boşanıb.   Sfera.az bildir...

Turist dərəyə daş atdığına görə bütün pulunu itirə bilər - SƏBƏB

Bir turist düşünülməmiş hərəkətə görə 200 min avroya qədər rekord məbləğdə cərimələnə bilər. Dostları onu İspaniyanın şimalındakı Picos de Europa Milli Parkında...

Barmen üçün milyonçudan ayrıldı: Taleyi necə dəyişdi? - FOTOLAR

Ukraynalı Lana Pitel mühacir köçdükdən sonra ABŞ-da necə karyera və iki övladı olan makedoniyalı ilə münasibət qurduğundan danışıb.   Sfera.az bildir...

Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internet üzərindən onlayn qumar oyunları təşkil etmə ittihamı ilə həbs olunan tiktoker Rəşa...