Ceyhun Bayramov Misir səfiri ilə görüşdü


Ceyhun Bayramov Misir səfiri ilə görüşdü

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hişam Məhəmməd Nağını ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

 

Bu barədə Sfera.az-a XİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

 

Nazir, tarixi dostluğa və qardaşlığa əsaslanan Azərbaycan və Misir münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, D-8 kimi çoxtərəfli platformalarda uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.

 

Görüşdə iki ölkənin liderlərinin 2023 və 2024-cü illərdə qarşılıqlı şəkildə rəsmi səfərlərinin iki ölkə arasında münasibətlərə xüsusi təkan verdiyi qeyd olunub. Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti və Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmə mexanizmlərinin intensivləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

 

Misir səfiri Hişam Məhəmməd Nağı Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü bildirib.


OXŞAR XƏBƏRLƏR

Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internet üzərindən onlayn qumar oyunları təşkil etmə ittihamı ilə həbs olunan tiktoker Rəşa...

Yüzlərlə insan qızıl mədənində yerin altında qaldı

Cənubi Afrika Respublikasının Yohannesburq yaxınlığındakı Kloof qızıl mədənində baş vermiş qəza nəticəsində 300-ə yaxın işçi yerin altında qalıb. Mədən operator...

Azərbaycanla münasibətlərin inkişafında maraqlıyıq -Ukrayna XİN başçısı

Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq.   Sfera.az xəbər verir ki, bunu report-a açıqlamasında Ukrayna xarici işlər ...

DİM sədrindən təhsil ekspertlərinə SƏRT CAVAB - VİDEO

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar mətbuat konfransı keçir...

Ukrayna Putinlə Zelenskinin görüşünə hazırlaşır

Ukrayna Xarici İşlər Nazirliyi ölkə prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüş üzərində işləyir.   Sfera.az x...

Pakistan və Hindistan qarşılıqlı hava məkanının bağlanmasını uzatdı

Pakistan Hindistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını iyunun 24-dək uzadıb.   Sfera.az xəbər verir ki, bu barədə “Dawn” nəşr...