Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb


Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri çərçivəsində alyansın baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın təşkilatdakı nümayəndəliyindən bildirilib.

 

Görüş zamanı tərəflər Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyətini, gələcək əməkdaşlığın perspektivlərini, o cümlədən regional və daha geniş təhlükəsizlik mühiti ilə bağlı məsələləri müzakirə ediblər.

 

NATO-nun sülhməramlı əməliyyatlarına, eləcə də müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanaraq, Azərbaycanın alyansın uzunmüddətli etibarlı tərəfdaşı kimi rolu vurğulanıb.

 

Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş Katibinin Şəxsi Ofisi direktorunun birinci müavini Lorenz Meyer-Minnemann ilə də görüşüb.


OXŞAR XƏBƏRLƏR

Daun sindromlu insanlar niyə bir-birinə bənzəyir?

Bəzi pozğunluqlar kənardan nəzərə çarpmır, lakin Daun sindromu adətən ilk baxışdan tanınır. Çünki bu sindromlu şəxslər tez-tez təkrarlanan fərqli üz xüsusiyyətl...

Həyəcanlanarkən və ya qorxduğumuz zaman niyə qeyri-ixtiyari titrəyirik?

Qorxduğumuz və ya stress keçirdiyimiz vaxtlarda hamımız nəzarətsiz şəkildə titrəyirik. Bədənimiz sanki bir şey etməyə hazırlaşır, lakin hərəkətə keçə bilmir. Bu...

Bağında qazıntı apararkən 150 ton qızıl tapdı, amma heç nəsiz qaldı

Auvergne bölgəsindən olan 52 yaşlı Fransız fermer Mişel Düpon öz torpağında təxminən 3,5 milyard avro dəyərində qızıl tapıb.    Sfera.az bildiri...

Təyyarə San Dieqoda 15 evin üzərinə düşdü - FOTOLAR

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində tez-tez Citation adlandırılan kiçik “Cessna 550” təyyarəsi qəzaya uğrayıb. Səlahiyyətlilər bunu &quo...

Tramp və Netanyahu Qəzza və İranı müzakirə etdi

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş naz...

"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI

Sabirabadda qeyri-rəsmi nikahda olduğu əri Seyidrəsul Talıbov tərəfindən qətlə yetirilərək Kür çayına atılan Nuranə Ələkbərovanın ölümü ilə bağlı yeni detallar ...