Tikinti layihələrinin ekspertizası ilə bağlı bir sıra məsələlər elektron qaydada həyata keçiriləcək

Siyasət
16:59 / 22.05.2025
4824
Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" 30 may 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.
Sfera.az xəbər verir ki, fərmana əsasən, "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"na dəyişiklik edilib.
Belə ki, tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bəzi hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.