Bakı və Zaqreb arasında siyasi məsləhətləşmələr...


Bakı və Zaqreb arasında siyasi məsləhətləşmələr...

20 may 2025-ci il tarixində Zaqreb şəhərində Azərbaycan Respublikası və Xorvatiya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

 

Bu barədə Sfera-a XİN-dən məlumat verilib.

 

Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Xorvatiya nümayəndə heyətinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç rəhbərlik edib.

 

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi əlaqələrin inkişaf dinamikası haqqında fikir mübadiləsi aparılıb, bu il iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğu bildirilib.

 

Son illərdə yüksək səviyyəli səfər mübadilələrində müşahidə olunan canlanma təqdir edilib, siyasi dialoqun intensivliliyinin təmin edilməsi məqsədilə bu səfərlərin davam etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində təmasların gücləndirilməsinin vacibliyi vurğulanıb.

 

Daha sonra iqtisadi-ticarət sahəsində, o cümlədən ənənəvi və alternativ enerji sahələrində aparılan əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı, humanitar minatəmizləmə sahəsində həyata keçirilən layihələr haqda danışılıb, bu və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin önəmi qeyd olunub.

 

Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, qarşıya çıxan maneələr və sülh sazişi istiqamətində son yeniliklər, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

 

Sonda tərəflər arasında qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Səfər zamanı F.Rzayev həmçinin Xorvatiyanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib və Azərbaycan-Xorvatiya diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş konfransda çıxış edib.


OXŞAR XƏBƏRLƏR

FIFA prezidenti "Qarabağ"ı təbrik etdi

FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubda “Qarabağ” Futbol...

Viktor Orban Azərbaycan və digər ölkələrin liderlərinə təşəkkür etdi

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinə təşəkkürünü bildirib.   Sfera.az ...

Göydəniz Qəhrəmanov: “Azərbaycan-Macarıstan əlaqələri bütün Avropa iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən amildir”

“Ölkəmiz Sovet İttifaqının tərkibindən çıxaraq öz müstəqilliyini bəyan etdikdən 1 il sonra Azərbaycan və Macarıstan respublikaları arasındakı diplomatik ə...

Nuranənin qayınatası atasını hədələyib: 16 yaşlı gəlin borcun QURBANI OLUB

Sabirabad rayonunda 16 yaşlı gəlinin həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar məlum olub.   Sfera.az-ın məlumatına görə, Se...

Prezidentin Macarıstan səfərindən görüntülər - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında dövlət başçısının Macarıstana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb. &...

Səsyazısı yayılan məktəb direktoru kimdir?

Xəbər verdiyimiz kimi, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevaya məxsus olduğu iddia edilən səsyazısı yayılıb.   Soaial şəbə...