İlham Əliyev hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

İlham Əliyev hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

 

Sfera.az xəbər verir ki, Sərəncama əsasən, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995–2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağıracaqlar.

 

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

 

Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.


OXŞAR XƏBƏRLƏR

Onlar üçün yeni qida normaları təsdiq ediləcək

“Yaşayış minimumu haqqında” Qanuna dəyişiklik olunur.   Sfera.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye v...

Azərbaycanda un neçəyədir? - Qiymət

Mayın 19-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Ab...

700-yə yaxın əcnəbi Azərbaycandan çıxarıldı

Cari ilin ilk 4 ayı ərzində Rusiya Federasiyası da daxil olmaqla 179 ölkənin vətəndaşı tərəfindən Azərbaycan ərazisinə 735 969 giriş qeydə alınıb.   ...

Yeniyetmələrdə zorakılığa meyillilik artır: "Bunlar valideynlər üçün siqnal olmalıdır"

Son dövrlərdə yeniyetmələr arasında zorakılıq və cinayətə meyillilik hallarının artması müşahidə edilir. Hər gün buna dair bir neçə məlumata rast gəlinir. ...

Qərar verərkən bu halla üz-üzə gəlirik - YENİ KƏŞF

Xarici mütəxəssislər tərəfindən aparılan elmi araşdırma insanların qərarvermə prosesində bədənlərində baş verən gizli bir reaksiyanı ortaya çıxarıb.  &n...

2 məktəb direktoru işdən AZAD EDİLDİ

Paytaxtdakı ümumi təhsil müəssisələrində aparılan monitorinqlər nəticəsində Agentlik tərəfindən verilən təlimatların icra vəziyyəti, tədrisin səmərəli təşkili, ...