Regionda de-fakto sülh var - Hacıyev

Regionda de-fakto sülh var - Hacıyev

Cənubi Qafqaz regionunda de-fakto sülh var.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib.

 

“Ermənistanla münasibətlərin normallaşdırılması xüsusunda sülh müqaviləsinin əsasını təşkil edən beş prinsiplər və hətta bu sənədin mətni də Bakı tərəfindən, Azərbaycan tərəfindən tərtib olunaraq Ermənistan tərəfinə təqdim edilib. Bu, Azərbaycanın regional sülh gündəliyinə nə qədər sadiq olduğu, nə qədər dəstəklədiyinin növbəti bariz təcəssümüdür”, – o bildirib.

 

Eyni zamanda, o, Bakı və İrəvan arasında sülh müqaviləsi mətni üzrə işin yekunlaşdığını xatırladıb:

 

“Müsbət bir haldır ki, sülh müqaviləsinin mətni yekunlaşıb. Amma bununla bərabər, Ermənistanla ikitərəfli əsaslarda olan açıq məsələlər var. Biz düşünürük ki, Ermənistan konstitusion əsasda Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalıdır ki, regionda davamlı, qəti sülhə biz nail olaq”.

 

Onun fikrincə, hazırda Cənubi Qafqaz regionunda sülh üçün əlverişli şərtlər formalaşıb:

 

“Amma məmnunluqla deyə bilərik ki, Azərbaycanla Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana bu gün regionda sülh üçün ideal şərait yaranıb. Həqiqətən, regionda sülh var, sabitlik var. Hətta deyə bilərik ki, de-fakto regionda sülh var. Bunun hüquqi çərçivəyə salınması istiqamətində də Azərbaycan öz üzərinə düşəni edəcəkdir ki, regionda tam şəkildə qəti sülh bərqə

rar olsun”.

 


OXŞAR XƏBƏRLƏR

May bu bürclər üçün ilin ən şanslı ayı olacaq

2025-ci ilin may ayı dörd bürc üçün şans ayı olacağını vəd edir.   Sfera.az-ın məlumatına görə, astroloqlar hesab edirlər ki, bürc dairəsinin bu nüma...

Azərbaycana təkcə bu ölkə səs verib

"Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin yarımfinalında Azərbaycan 7 xalla sonuncu olub.   Sfera.az xəbər verir ki, ölkəmizə y...

Cavanşir Feyziyev: Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib

Şəkidə mədəni-kütləvi tədbirlər tez-tez keçirilir. Ancaq Bəxtiyar Vahabzadəyə həsr olunan, unudulmaz şairin anadan olmasının100 illiyi, onun yaradıcılığı ilə ba...

Hikmət Hacıyev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehranda İran Ali Milli Təhlükəsizli...

Rusiya-Ukrayna müharibəsində Gəncə sakini itkin düşdü

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşən 58 yaşlı Gəncə sakini itkin düşüb.   Sfera.az  xəbər verir ki, Muşfiq Hüseynəliyev 2...

"Polat Alemdar" bu məşhur seriala gəlir?

Türk serial dünyasında yeni bir səs-küyə səbəb olan iddia gündəmdədir! "Kurtlar Vadisi" serialı ilə yaddaşlara həkk olunan Necati Şaşmazın TRT 1-in se...