Əkbər Gürelə vəzifə verildi

Əkbər Gürelə vəzifə verildi

Türkiyədə Azərbaycan diaspor təşkilatının rəhbəri rektor vəzifəsinə təyin edilib.

 

Sfera.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyə Azərbaycan Dərnəyinin başqanı, Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin dekanı Əkrəm Gürel İğdır Universitetinin rektoru olub.

 

İğdır əsilli Ə.Gürel 16 iyun 1969-cu ildə anadan olub. 1987-ci ildə Ankara Universitetinin Kənd təsərrüfatı fakültəsinin Tarla bitkiləri bölümünü bitirib. Elə həmin il magistratura oxumadan birbaşa İngiltərənin Lids Universitetinin təqaüdlü doktorantura proqramını qazanıb və 1992-ci ildə bitirib. 1992-1995-ci illərdə “Türkiyə Şəkər Fabrikaları A.Ş.”-nin Şəkər İnstitututunda çalışdıqdan sonra Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin Biologiya bölümündə fəaliyyətinə davam edib. 1998-ci ildə dosent, 2004-cü ildə professor olub. 2023-cü ildən adı çəkilən fakültənin dekanı idi.

 

İngilis və fransız dillərini bilən Əkrəm Gürel evlidir, bir oğlu var.


OXŞAR XƏBƏRLƏR

İstanbul danışıqlarını müzakirə etdilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xa...

Əhaliyə XƏBƏRDARLIQ - Günlərlə davam edəcək...

Mayın 17-nə keçən gecə Yer kürəsində orta güclü maqnit qasırğası başlayıb.   Bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail...

Zaur ailəsi ilə ölkədən getməsi xəbərinə AYDINLIQ GƏTİRDİ

Tanınmış aparıcı Zaur Bəxşəliyev son günlər mediada və sosial şəbəkələrdə onun və həyat yoldaşı Günay Bəxşəliyevanın ölkəni tərk edəcəkləri ilə bağlı yayılan mə...

Cərrahi əməliyyata gedən qazi niyə komaya düşüb?- AÇIQLAMA

Vətən müharibəsinin iştirakçısı Sübhan Hüseynov komaya düşüb. Ötən ay kista diaqnozu ilə Ucar Rayon Mərkəzinə Xəstəxanasına əməliyyat üçün müraciət edən Sübhanı...

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

İstanbulun Beykoz Respublika Prokurorluğu Türkiyənin tanınmış geoloqu və akademiki Celal Şengörün həbs edilməsi tələbi ilə ona qarşı ittiham aktı hazırlayıb. ...

Rusiya klubunun məşqçisinə cinayət işi açıldı

Ukrayna millisinin sabiq kapitanı, hazırda Sankt-Peterburqun “Zenit” klubunun məşqçi heyətində çalışan Anatoli Timoşuk barəsində cinayət işi açılıb....