Ruslan Məmmədov vəzifəsindən azad edildi

Ruslan Məmmədov vəzifəsindən azad edildi

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini, jurnalist Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən azad edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə o feysbuk hesabında bildirib.

 

Ruslan Eldaroğlu qeyd edib  ki, səhhətindəki problemə görə vəzifəsindən ayrılıb:

 

"Mən iki ay əvvəl öz ərizəmlə, qarşılıqlı razılıq əsasında işdən azad olunmuşam. Səbəb səhhətimdə yaranan problemlərlə bağlıdır. Yıxıldığım üçün çanaq sümüyümdə çat yaranıb, bundan əlavə boyun nahiyəmdə yırtıq var. O səbəbdən iki gün sonra, mayın 16-da əməliyyat olunacağam. Hazırda da xəstəxanada müalicə və müayinələrim davam edir".


OXŞAR XƏBƏRLƏR