"Bu, bir-iki görüşlə həll olmayacaq" - AÇIQLAMA

"Bu, bir-iki görüşlə həll olmayacaq" - AÇIQLAMA

ABŞ İranın nüvə proqramı ilə bağlı dolayı danışıqların davam etməsinə baxmayaraq, Tehrana qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Dövlət Departamentinin məlumatına görə, bu sanksiyalar İranın Müdafiə Tədqiqatları və İnnovasiyalar Təşkilatı (SPND) ilə əlaqəli olan üç İran vətəndaşına və bir texnologiya şirkətinə qarşı yönəlib.

 

Sanksiyalara məruz qalanlar arasında İranın nüvə proqramının hərbi tətbiqləri ilə əlaqəli fəaliyyətlərdə iştirak edən şəxslər və qurumlar var .

 

ABŞ-nin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi gərginliyi hansı səviyyəyə daşıya bilər? 

 

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov İranın nüvə proqramı ilə bağlı ABŞ-İran danışıqlarının davam etdiyini bildirib. 
Onun sözlərinə görə, müzakirələrin artıq dördüncü mərhələsinin başa çatmasına baxmayaraq, konkret nəticələr barədə hələlik hər hansı ciddi məlumat açıqlanmayıb:

 

 

“Hər görüşdən sonra tərəflər sadəcə müzakirələrin ruh yüksəkliyi ilə keçdiyini bildirən açıqlamalarla kifayətlənirlər. Görüşlərdə hansı məsələlərin müzakirə edildiyi barədə detallı informasiya verilməsə də, prosesin davam etməsi özü-özlüyündə müsbət hal kimi qiymətləndirilir”.

 

Politoloq İranın nüvə proqramı kimi mürəkkəb və həssas bir mövzunun bir-iki görüşlə həll edilə bilməyəcəyinin aydın olduğunu deyib. 

 

Ə.İbrahimov qeyd edib ki, bu səbəbdən tərəflər səbir və təmkin nümayiş etdirərək uzunmüddətli nəticələrə yönəlməyə çalışırlar:

 

“Danışıqların davam etdiyi bir vaxtda ABŞ-nin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi isə birmənalı qarşılanmayıb. Mütəxəssislər bu addımın danışıqlar prosesini çətinləşdirə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. Doğrudan da, yeni sanksiyalar İran rəhbərliyi tərəfindən ciddi narazılıqla qarşılanıb. Bununla belə, İranda bu sanksiyaların əsas səbəbinin İsrail lobbisinin təsiri ilə əlaqədar olduğunu düşünürlər. İran tərəfi hesab edir ki, İsrail ABŞ-İran danışıqlarının davam etməsində maraqlı deyil və bu prosesi pozmağa çalışır. Elə buna görə də Tehranın yeni sanksiyalara qarşı reaksiyası sərt olmayıb”.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət edib.   Sfera.az xəbər verir ki, nazir Azərbaycanın 44 günlük Vətən müharibə...

Şərurlu İsfəndiyar məhkəməyə gəldi

Tikinti sektorunda Şərurlu İsfəndiyar kimi tanınan iş adamı, "Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov məhkəməyə gəlib.   Sfera.az xəbər v...

Hakan Fidan Fransa və ABŞ rəsmiləri ilə danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda ABŞ dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan Noel Baron ilə telefon danışı...

ADY Qurban bayramı günlərində Qəbələyə əlavə reyslər təyin etdi

Azərbaycan Dəmir Yolları QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakıdan Qəbələyə əlavə reyslər təyin edib.   Sfera.az bu barədə sə...

Polis insan alverinə görə bu qadınları axtarır – SİYAHI/FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib.   Sfera.az "unikal.az"a ...

Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötü...