Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Siyasət
20:39 / 10.05.2025
3248
Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən bildirilib.
"Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq. Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq", – bəyanatda vurğulanıb.