Kamaləddin Qafarov: “Azərbaycan-Vyetnam əməkdaşlığı illərin sınağından keçib”

Kamaləddin Qafarov: “Azərbaycan-Vyetnam əməkdaşlığı illərin sınağından keçib”

“Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsində oynadığı önəmli rol qlobal Şərqin diqqətini getdikcə daha çox ölkəmizə cəlb edir. Biz bu gün Cənub-Şərqi Asiya ölkələrinin Azərbaycanla əməkdaşlıq əlaqələrini dərinləşdirməkdə son dərəcə maraqlı olduqlarını müşahidə edirik. Bu baxımdan may ayının 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafına yeni təkan verəcəyini deyə bilərik”.

 

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
 

O, bildirib ki, cənab Prezident İlham Əliyevin mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə də qeyd olunduğu kimi, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir.”Hələ 1959-cu ildəVyetnam Demokratik Respublikasının Prezidenti Xo Şi Min Azərbaycan SSR-ə səfər edib. 1983-cü ildə isə, o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Heydər Əliyev Vyetnamda səfərdə olub. Məhz bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələyə keçid üçün möhkəm zəmin yaratdı.”
 

K.Qafarov qeyd edib ki, cənab Prezident İlham Əliyevin müsahibəsində Azərbaycan-Vyetnam münasibətlərinin inkişaf perspektivləri ilə bağlı səsləndirdiyi fikirlər hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir: “Möhtərəm dövlət başçımızın dediyi kimi, Azərbaycan ilə Vyetnam bir çox sahələrdə əməkdaşlıq potensialını daha dinamik şəkildə inkişaf etdirmək üçün bütün imkanlara malikdirlər. Cənab Prezident xüsusi olaraq vurğuladı ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq. Bunun üçün iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur. Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri də təhsil sahəsidir. Təhsil platforması Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın hələ sovetlər dönəmindən mövcud olduğu ənənəvi sahələrdən biridir. Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramları vyetnamlı tələbələrə də geniş perspektivlər vəd edir. Bu isə öz növbəsində Azərbaycanla Vyetnam arasında ikitərəfli təmasların möhkəmləndirilməsi üzrə imkanları daha da genişləndirəcək” .


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...