Azərbaycan Prezidentinin köməkçisi NATO nümayəndəsi ilə görüşüb

Siyasət
18:36 / 07.05.2025
7008
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Gürcüstandakı əlaqələr ofisinin rəhbəri Aleksandr Vinnikov ilə görüş keçirib.
Sfera.az xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfirliyinin sosial şəbəkələrdəki rəsmi səhifəsində məlumat verilib.
Qeyd edək ki, ötən gün Aleksandr Vinnikov ADA Universitetində çıxış edib və Azərbaycanla NATO arasında əməkdaşlığın inkişafını müzakirə edib.