Ceyhun Bayramov İraqa rəsmi səfərə getdi

Siyasət
08:49 / 07.05.2025
7026
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb.
Nazirlikdən Sfera.az-a verilən məlumata görə səfər çərçivəsində Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.