Həmsədr: "Dekabrın sonunda baş vermiş toqquşma Qarabağ danışıqlarının..."

Həmsədr:

"Dekabrın sonunda baş vermiş toqquşma və faciəvi insan itkiləri bir daha Qarabağ danışıqlarının vacibliyini göstərir".

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu "news.am" saytına açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı  həmsədri Riçard Hoqland deyib. 
 
"Biz tərəfləri atəşkəs rejiminə riayət  etməyə, habelə Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas  xəttində gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırırıq", - deyə o vurğulayıb.
 
R. Hoqland qeyd edib ki, münaqişənin nizamlanması istiqamətində aparılan işin davam etdirilməsi regiona  davamlı sülh gətirə bilər. 


OXŞAR XƏBƏRLƏR