Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO


Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüblər.

 

Sfera.az xəbər verir ki, söhbət zamanı müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib, Azərbaycan və Mərakeş arasında tarixi, mədəni və dini yaxınlığa əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.

 

Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib.

 

Görüşdə digər istiqamətlərlə yanaşı, humanitar və mədəni sahələrdə münasibətlərin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. Bu xüsusda, Azərbaycan mədəniyyət günlərinin Mərakeşdə, Mərakeş mədəniyyət günlərinin isə ölkəmizdə keçirilməsi məmnunluqla xatırlanıb, həmin tədbirlərin xalqlarımızın zəngin mədəniyyəti ilə qarşılıqlı şəkildə yaxından tanış olmasına geniş imkan yaratdığı qeyd edilib.

 

Azərbaycanın mənzil-qərargahı Mərakeşdə yerləşən İSESKO ilə əməkdaşlığına toxunulub, bu il Bakıda İSESKO-nun ölkəmizdə regional ofisinin yaradıldığı vurğulanıb. Ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman dövlətləri arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd olunub.

 

Söhbət zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Mərakeşə səfəri və bu çərçivədə keçirilmiş görüşlər xatırlanıb. Həmin görüşlərdə Heydər Əliyev Fondunun sosial sahədə fəaliyyəti, uşaqlara qayğı ilə bağlı məsələlərin müzakirə edildiyi vurğulanıb.

 

Xanım Şahzadə Lalla Hasnaanın ölkəmizə səfərinin onun Azərbaycanla daha yaxından tanış olması baxımından yaxşı imkan yaradacağına və əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.


OXŞAR XƏBƏRLƏR

Alkatraz həbsxanası yenidən açılacaq: Tramp sərəncam verdi

ABŞ prezidenti Donald Trampın göstərişi ilə xüsusi təhlükəli cinayətkarlar üçün nəzərdə tutulmuş “Alkatraz” həbsxanası yenidən açılacaq. Qeyd edək k...

Məşhur aktyor oğlunu əlillər evinə yerləşdirəcək

“Oskar” mükafatına namizəd olan aktyor Colin Farrell nadir Angelman sindromu ilə mübarizə aparan oğlu Ceymsi uzunmüddətli müalicə müəssisəsinə köçür...

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....

Elza onların arxiv fotosunu yaydı

Əməkdar artist Elza Seyidcahan sosial şəbəkədə arxiv fotosunu paylaşıb.  Sfera.az xəbər verir ki, illər əvvəl lentə alınan şəkildə Xalq artisti Azərin v...

Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən p...

“TikTok” 530 milyon avro cərimələndi: İstifadəçi məlumatlarını Çinə ötürüb

Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimləyicisi “TikTok” sosial media platformasını istifadəçi məlumatlarını Çinə ötürdüyünə və şəffaflıq ...