Tramp Putini çıxdaş edir? - ABŞ-nin yeni MƏQSƏDİ

Tramp Putini çıxdaş edir? - ABŞ-nin yeni MƏQSƏDİ

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar layihəsini dəstəklədiyini və bu istiqamətdə konkret addımlar atmağa hazır olduğunu bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski ilə son görüşündə Tramp Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə dair fikirlərini bölüşüb və bu tədbirlərin tezliklə həyata keçiriləcəyini vurğulayıb.

 

Maraqlıdır, bu nəyin əlamətidir? Tramp ABŞ-nin Rusiyaya qarşı əvvəlki siyasətini bərpa edir yoxsa bu, parlamentə aralıq seçkilər öncəsində seçicilərin dəstəyini qazanmaq cəhdidir?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən millət vəkili Hikmət Babaoğlu Trampın son 100 gündə verdiyi qərarları təhlil etdikdə, burada müəyyən məntiqi ardıcıllığın gerçəkləşdiyi müşahidə olunduğunu bildirib. 

 

 

Onun sözlərinə görə, atılan addımlar ilkin baxışda təsadüfi və emosional təsir bağışlasa da, diqqətlə nəzər saldıqda bu siyasətin arxasında sistemli və planlı yanaşmanın dayandığı görünür:

 

“Hazırkı mərhələdə Ukrayna ilə razılaşma imzalanan kimi, ABŞ Dövlət Departamentinin nümayəndələri bildirdilər ki, ABŞ Ukrayna–Rusiya qarşıdurmasında vasitəçilik rolundan imtina edə bilər. Bu ifadə sıradan bir fikir deyil, əksinə, Moskvaya yönəlmiş konkret bir siqnaldır. Ardınca tətbiq edilən yeni və daha sərt sanksiyalar da həmin mesajın davamı kimi dəyərləndirilməlidir”.

 

Deputatın fikrincə, vasitəçilikdən geri çəkilmək o anlamı daşıyır ki, Vaşinqton artıq bu məsələdə tərəf seçmək məcburiyyətindədir: “Bu seçim isə aydındır. ABŞ artıq Ukraynanın yanında mövqe tutur. Çünki o, Kiyev ilə ciddi və gələcəyə hesablanmış bir razılaşma imzalaya bilib”.

 

H.Babaoğlu bu istiqamətdə yaxınlaşan aralıq seçkilərin müəyyən təsirə malik olduğunu, lakin bu faktorun çəkisinin olduqca zəif olduğunu vurğulayıb. 

 

O qeyd edib ki, əsas məsələ ondan ibarətdir ki, Birləşmiş Ştatlar son 100 gündə öz maraqları çərçivəsində formalaşdırdığı geosiyasi reallıqlar fonunda yeni strateji mövqeyini ortaya qoyub.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdə imtahan keçiriləcək

İyunun 22-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.   Sfera.az xəbər ve...

DTX-nin saxladığı icra başçısı və müavinlərinin nədə ittiham olunduğu bilindi

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.   Sfera.az report-a ist...

Narkotik bükümlərini udan şəxs xəstəxanada öldü

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs cinayət təqibindən yayınmaq üçün kuryoz addım atıb.   Sfera.az xəbər ver...

Birliyimizin təməlində ortaq tariximiz və lider qətiyyəti dayanır

Azərbaycan-Türkiyə birliyinin bu gün nə qədər güclü olduğunu görmək üçün iyunun 19-da Kahramanmaraşda “Azərbaycan”  məhəlləsinin açılış mərasim...

Bu mağazada vaxtı keçmiş məhsullar satılır – FOTO

  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Babək küçəsində fəaliyyət göstərən, Ərşad Üzeyir oğlu Bayramova məxsus pe...

“Ay yırğalanması” başa çatır

“Ay yırğalanması” dövrü başa çatır.   Sfera.az xəbər verir ki, bunu türk astroloq Azade Öksoy deyib.   Onun sözlərinə görə, Gü...