"Bu medalın təsis olunması təqdirəlayiqdir" - Siyavuş Novruzov

"Bu medalın təsis olunması təqdirəlayiqdir" - Siyavuş Novruzov

"Fövqəladə Hallar Nazirliyinin yaranması, formalaşması və bu gün həyata keçirdiyi işlər cəmiyyət tərəfindən müsbət qarşılanır". 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” layihənin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.  

 

"Onlar böyük yanğınlar, daşqın, sel və s. kimi hadisələrdə, həmçinin, minatəmizləmə işlərində öz həyatlarını təhlükəyə atırlar. Ali Baş Komandanın əmri ilə onlar hətta bir çox ölkəyə yollanıblar. Bu səbəbdən onlar üçün medalın təsis olunması təqdirəlayiqdir",-millət vəkili qeyd edib. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR