Kamran Əliyev yenidən Baş prokuror təyin edildi

Kamran Əliyev yenidən Baş prokuror təyin edildi

Kamran Əliyev yenidən Baş prokuror təyin edilib.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələdə öz əksini tapıb. 

 

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

 

Qeyd edək ki, "Prokurorluq haqqında qanun"un 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası baş prokurorunun, Azərbaycan Respublikası hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir. Kamran Əliyev 1 may 2020-ci ildə Baş prokuror təyin edilib.

 

Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Milli Məclis Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR