Hindistanla Pakistan arasında gərginlik artır - Azərbaycan hansı mövqeyi tutmalıdır?

Hindistanla Pakistan arasında gərginlik artır - Azərbaycan hansı mövqeyi tutmalıdır?

Son günlər Hindistanla Pakistan arasında artan gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. İki ölkə arasında yaranan gərginlik fonunda, Azərbaycanın bu vəziyyətdə necə mövqe sərgiləməli olduğu müzakirə mövzusuna çevrilib. 

 

Məsələ ilə bağlı "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Sfera.az-a açıqlamasında bildirdi ki, Pakistan Azərbaycanın çox yaxın tərəfdaşıdır və belə həssas məqamda ölkəmiz münasibətlərə uyğun davranmalıdır:

 

"Azərbaycan siyasi, diplomatik, mənəvi və digər istiqamətlərdə Pakistanın yanında olmalıdır. Bu, çox mühüm bir məsələdir. Azərbaycan bu məqamda Pakistanla bağlı həmrəyliyini ifadə edə bilər və buna ciddi ehtiyac var”.

 


M.Göyüşlü vurğulayıb ki, Pakistan müsəlman ölkəsi olmaqla yanaşı, Qarabağ məsələsində də daim Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyib:


“Biz də Pakistanı dəstəkləməliyik. Düşünürəm ki, bu məsələdə Pakistan haqlı tərəfdir. Hindistan müxtəlif qurumlar və dövlət strukturları vasitəsilə gərgin vəziyyəti süni şəkildə formalaşdırmağa çalışır. Mən bu davranışı qınayıram. Müharibə həddinə gətirilmiş bu prosesin Hindistan tərəfindən bilərəkdən təşkil olunduğu hiss olunur".


Azərbaycanın Pakistanı dəstəkləməsinin Hindistanla münasibətlərə mənfi təsir edib-etməyəcəyi məsələsinə toxunan analitik bildirib:


“Güman etmirəm ki, Azərbaycanın Pakistana verdiyi dəstək Hindistanla münasibətləri pisləşdirəcək. Əgər Hindistan bundan narahat olub münasibətləri gərginləşdirmək qərarına gəlsə, bu, onların yanlış addımı olacaq. Onsuz da Hindistan açıq şəkildə Ermənistana hərbi dəstək verir. Biz Pakistanı dəstəkləməsək belə, Hindistanın bizə qarşı münasibətinin müsbət olacağı inandırıcı deyil. Ona görə də belə bir həssas məqamda Pakistanla həmrəylik nümayiş etdirmək Azərbaycanın mövqeyinin təbii ifadəsi olmalıdır”.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

İranda bütün uçuşlar dayandırıldı

İranda bütün daxili və beynəlxalq uçuşlar dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.  ...

Erməniləri daşıyan təyyarə Bakı hava limanına enib

"İran İslam Respublikası və bəzi qonşu ölkələrin hava məkanının bağlanması ilə əlaqədar bir sıra beynəlxalq reyslər Zvartnots Beynəlxalq Hava Limanına və r...

Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı- RƏSMİ

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zaman...

"Space TV"yə "Maşa və ayı" cizgi filminə görə xəbərdarlıq edildi

13 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.   Sfera.az xəbər verir ki bu barədə Audiovizua...

Son zənglə bağlı bir daha xəbərdarlıq

Son zəng tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar aprel ayından məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim...

Türkiyədə kritik toplantı: İsrailin hücumları müzakirə olunur

Türkiyə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Baş qərargah rəisi Mətin Gürak və MİT rəhbəri İbrahim Kalın Xarici İşlər Nazirliyinin...