Xankəndi Gənclər Paktı imzalanacaq - XİN açıqladı

Xankəndi Gənclər Paktı imzalanacaq - XİN açıqladı

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Beynəlxalq COP simulyasiya konfransı” təşkil olunub.

 

Bu barədə Sfera.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

 

Azərbaycan Xarici İşlər Nazirliyi, Elm vəTəhsil Nazirliyi, Azərbaycanın aparıcı universitetləri və xarici ölkələri təmsil edən 60 gənc nümayəndənin qatıldığı beynəlxalq tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, Elm və Təhsil nazirinin aparat rəhbəri Mətin Kərimli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri və COP29-un Gənc İqlim Çempionu Leyla Həsənova, İƏGF Avrasiya Regional Mərkəzinin direktoru Rafiq İsmayılov çıxış ediblər.

 

Natiqlər Azərbaycan COP29 sədrliyinin ilk milli tədbirinin məhz azad edilmiş Xankəndində Qarabağ Universitetinin ev sahibliyi ilə keçirilməsinin rəmzi əhəmiyyətini qeyd edib, gənclərin ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı aparılan qlobal prosesdə aktiv iştirakının vacibliyindən, eləcə də 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 tədbiri zamanı qəbul edilmiş qərarların həyata keçirilməsi perspektivlərindən, onun qlobal ekoloji prosesə verdiyi töhfələrdən bəhs ediblər.

 

Daha sonra Konfransın açılış mühazirəsi ilə AR XİN Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov gənclərə sülh və iqlim qovşağı sahəsində ölkəmizin təşəbbüsləri, COP29 zamanı qəbul edilmiş İqlim və Sülh fəaliyyəti üzrə Bakı çağırışı haqqında geniş məlumat verib. Ərazilərimizin işqalı dövründə bu ərazilərin ekoloji dağıntı və kütləvi mina çirklənməsinə məruz qaldığını vurğulayan səfir, münaqişənin həll olunmasının ümümbəşəri əhəmiyyətli bu unikal təbiət güşəsinin də ekoloji baxımdan qoruma altına alınması üçün yol açdığını xüsusi vurğulayıb.

 

İki gün ərzində davam edəcək tədbirdə gənc iştirakçılar işçi qruplara bölünərək, qlobal iqlim dəyişikliyi ilə bağlı müxtəlif ölkələrdə görülən işlərin effektivliyi, gənclərin bu prosesdə iştirakı, alternativ enerji, yaşıl dünya mövzuları ətrafında müzakirələr aparacaqlar.

 

Konfrans çərçivəsində İƏGF Avrasiya Regional Mərkəzi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun, eləcə də Xankəndi Gənclər Paktının imzalanacağı planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...

Ali Koç istefa verəcək? - Özü açıqladı

"Fənərbaxça" klubunun İstanbulda konqresi keçirilib.   Klubun prezidenti Ali Koç konqresdə bir sıra açıqlamalar verib.   O, klub...

Şokedici kəşf: Vitaminlər xərçəng şişlərinin böyüməsini sürətləndirə bilər

"C" və "E" vitaminləri kimi antioksidantlar uzun müddətdir ki, yaşlanma və streslə mübarizədə əvəzolunmaz köməkçilər hesab olunur. Onlar hüc...

İranda partlayışdan sonra bütün dəniz əməliyyatları dayandırıldı

İranın cənubundakı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında partlayışdan sonra bütün dəniz əməliyyatları dayandırılıb.   Sfera.az xəbər verir k...