Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışıb

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışıb

Bu gün nazir Ceyhun Bayramovla Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.

 

XİN-dən Sfera.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrinin cari vaziyyətini və perspektivlərini, eləcə də regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

 

Söhbət zamanı, iki ölkə liderləri arasında yüksək səviyyəli təmaslar, habelə sonuncu yüksək səviyyəli səfərlər zamanı əldə olunmuş razılıqların icrası məsələləri, iqtisadi, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlıq istiqamətləri nəzərdən keçirilib.

 

Telefon danışığı zamanı Pakistan naziri Pakistan-Hindistan arasında yaranmış gərginlik barədə məlumat verib. Nazir Ceyhun Bayramov öz növbəsində, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu bildirib. 

 

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

"Naxçıvan uzun illərdir geridə qalıb" - Qüdrət Həsənquliyev

"Naxçıvan uzun illərdir Azərbaycanın digər bölgələri ilə müqayisədə bir qədər geridə qalıb".   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin...

Hikmət Hacıyev xarici diplomatlarla birgə Bülbülün ev-muzeyində - VİDEO

Xəbər verdiyimiz kimi, Diplomatik korpus nümayəndələrinin Şuşa şəhərinə səfəri başlayıb.   Sfera.az  xəbər verir ki, səfərdə Prezidentin kö...

Türkiyəda ard-arda zəlzələ baş verdi

Türkiyənin Samsun və Bodrum bölgəsində, arada kiçik fasilə ilə 3.5 gücündə zəlzələlər baş verib.   Sfera.az xəbər verir ki, AFAD məlumat yayıb. ...

Putin Ukraynaya tələblərini elan etdi

Ukrayna Donbas və Novorossiyada (Ukraynanın işğal edilən və Rusiyaya birləşdirilən əraziləri nəzərdə tutulur – red.) keçirilən referendumun nəticələrini t...

Yol kənarında meyvə-tərəvəz satanlar cərimələnəcək

Sumqayıtda piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkinin böyük hissəsi zəbt edilib. Həmin səkinin əksəriyyəti meyvə-tərəvəz satışı üçün istifadə ...

İyulun 1-dən bu qadağa qüvvəyə minir - RƏSMİ

Elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılmasının müddəti dəyişir.   Sfera.az xəbər ver...