Azərbaycan Ermənistan və Fransaya çağırış etdi


Azərbaycan Ermənistan və Fransaya çağırış etdi

Ermənistanda aprelin 23-də kütləvi küçə yürüşü zamanı Azərbaycan bayrağının yandırılması qəbuledilməzdir.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.

 

O əlavə edib ki, Azərbaycan həm Ermənistana, həm də bənzər əməlin ötən gün baş tutduğu Fransaya belə qəbuledilməz addımların qarşısını almaqla bağlı çağırış edib.


OXŞAR XƏBƏRLƏR