Armudu stəkanda çay, limon və “İstisu”... – FOTO

Siyasət
13:38 / 24.04.2025
3782
Xəbər verdiyimiz kimi, Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
Sfera.az xəbər verir ki, müsahibə zamanı Prezidentin əyləşdiyi kreslonun yanında qoyulmuş masadakı çay, su və limon diqqət çəkib.
Belə ki, dövlət başçısının istifadəsi üçün mineral suyun işğaldan azad edilmiş Kəlbəcər rayonunda istehsal edilən “İstisu” brendinin seçilməsi, çayın armudu stəkana süzülməsi, limonun isə bütöv halda qoyulması sosial şəbəkələrdə maraqla qarşılanıb.
Bir çoxu bu seçimin simvolik mənalar ifadə etdiyini bildiriblər.