Amerikalı elçi Putinlə görüşəcək

Amerikalı elçi Putinlə görüşəcək

ABŞ Prezidentinin xüsusi elçisi Steven Vitkoffun yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi ehtimal edilir.


Sfera.az “TASS”informasiya agentliyinə istinadən xəbər verir ki, Vitkoff “Gulfstream G650” tipli özəl təyyarə ilə Paris şəhərindən Rusiyaya doğru yola çıxıb.

 

Təyyarənin trayektoriyası və məqsədi rəsmi şəkildə açıqlanmasa da 25 apreldə görüşün baş tutacağı ehtimal olunur.


Hazırda bu səfərlə bağlı ABŞ və Rusiya rəsmiləri tərəfindən heç bir rəsmi açıqlama verilməyib. Lakin müşahidəçilər bu görüşün ABŞ-Rusiya münasibətlərində mümkün diplomatik irəliləyişin siqnalı ola biləcəyini istisna etmirlər.


Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR