"Dünyamız yeni iqtisadi böhranın astanasındadır"- Ceyhun Məmmədov

"Dünyamız yeni iqtisadi böhranın astanasındadır"- Ceyhun Məmmədov

"Bu gün ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri də hərbi potensialla yanaşı iqtisadi imkanların daha da gücləndirilməsidir".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Ceyhun Məmmədov deyib.

 

C.Məmmədovun sözlərinə görə, proseslərin təhlili göstərir ki, bu gün dünyamız yeni iqtisadi böhranın astanasındadır. Artıq dünyanın bir sıra ölkələri bu böhranın acı nəticələrini yaşayırlar.  

 

Millət vəkili qeyd edib ki, prosesi tətikləyən səbəblərdən biri isə neftin qiyməti ilə bağlı baş verən sıçrayışlardır ki, bu gün neftin qiymətində tez-tez baş verən titrəyişlər dünya iqtisadiyyatına, eyni zamanda ölkəmizin gəlirlərinə də ciddi təsir göstərir. Bu prosesin hələ bir müddət davam edəcəyi ilə bağlı proqnozlar dünya iqtisadiyyatına yaxşı heçnə vəd etmir. 

 

"Baş verəcək növbəti böhrandan ölkəmizin sığortalanması və vətəndaşların ciddi əziyyət çəkməməsi üçün hazırda dövlət strukturları sistemli və ardıcıl addımlar atmağa davam edirlər. Beləliklə bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri də büdcə vəsaitlərdən düzgün və səmərəli istifadə, büdcədən yayınmaların qarşısının alınmasıdır. 

Bu isə öz növbəsində dövlətdən daha çevik, ardıcıl siyasətin və islahatların həyata keçirilməsini tələb edir. Bunu nəzərə alaraq Azərbaycanın müvafiq strukturları iqtisadiyyatın şaxələndirilməsi üçün real addımlar atır".


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...

Hərbi helikopterlərimiz havaya qalxdı – FOTO/VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.   Müdafiə Nazirliyin...

“Veysəloğlu” əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi

“Veysəloğlu” MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, məhz mütəxəssis heyətinə yönəlmiş &ldq...

AMB vəzifəli şəxsi cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Premium Bank ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.   Sfera.az bu barədə AMB-yə istinadən xəb...

Bu nazirlik və komitələrin birləşdirilməsi GÖZLƏNİLİR

Azərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatlarının aparılması məsələsi gündəmdədir. Belə ki, müasir idarəetmə tələblərinə cavab ver...