"Azərbaycanın bu narahatlığını səmimi qəbul etməliyik" - Paşinyan

"Azərbaycanın bu narahatlığını səmimi qəbul etməliyik" - Paşinyan

Sülh sazişinin imzalanması kontekstində Azərbaycan Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığını bəyan edir.

 

Sfera.az Teleqrafa istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

 

“Hesab edirəm ki, bu məsələdə düzgün mövqe tutmaq üçün ilk növbədə Azərbaycanın bu məsələni bir sıra ekspertlərin düşündüyü kimi, sülh sazişini imzalamamaq üçün bəhanə kimi deyil, səmimi narahatlıq kimi qaldırması ehtimalından çıxış etməyə çalışmaq lazımdır. Biz özümüz problemin mahiyyətini, siyasi və hüquqi məzmununu vicdanla dərk etməliyik. Buna görə də bildirməliyik ki, yalnız Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan konstitusiyasının mətninin rəsmi şərhini verə bilər, yəni Konstitusiya Məhkəməsi Ermənistan konstitusiyasında nələrin olduğunu və nələrin olmadığını rəsmi şəkildə deyə bilən orqandır”, - deyə baş nazir qeyd edib.

 

Həmçinin Nikol Paşinyan əlavə edib: “Azərbaycanın konstitusiyamızla bağlı mövqeyinin bəhanə deyil, səmimi narahatlıq olduğunu qəbul etsək, o narahatlığı aradan qaldırmağın ən təsirli yolu müqaviləni imzalamamaq yox, imzalamaqdır”.

 

Ermənistan baş naziri iddia edib ki, sülh müqaviləsi imzalansa, narahatlıqlar aradan qalxacaq.


OXŞAR XƏBƏRLƏR

Əfqan Sadıqov azadlığa buraxıldı

Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqov azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sevinc Sadıq...

İlin 6 ayını bir qəpik xərcləmədən dəbdəbəli kruiz gəmisində istirahətə sərf edən qadın

Kristin Kesteloo adlı qadın ilin altı ayını dəbdəbəli kruiz gəmisində keçirir. Üstəlik, bu müddət ərzində cibindən bir qəpik də çıxmır. Ərinin peşəsi sayəsində ...

İllərdir taxır: Morqan Frimanın qızıl sırğalarının arxasındakı kədərli həqiqət

Morqan Frimanı demək olar ki, hər filmdə özünəməxsus səsi və ciddi mövqeyi ilə xatırlayırıq. Amma illər keçdikcə dəyişməyən bir detal var: onun qulaqlarındakı q...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Aprelin 16-da İsmayıllı stansiyasından 19 km şimalda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzin...

Bu bürclərə problem lazım deyil - Özləri onu yaradar

Bəzi insanlar var ki, gündəlik həyatda baş verən ən kiçik hadisəni belə dram halına salmağa ustadırlar. Onların emosional reaksiyaları, münasibətlərə yanaşmalar...

Bir aydır komada olan aktyor vəfat etdi

Aktyor və dublyaj aktyoru Vladimir Gerasimov 75 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bir ay əvvəl insult keçirən aktyor komadan ç...