İlham Əliyev Faiq Həsənovu təbrik etdi - FOTO

İlham Əliyev Faiq Həsənovu təbrik etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənova təbrik məktubu ünvanlayıb.

 

Sfera.az xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli Faiq müəllim!

 

Sizi 85 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

 

Siz Azərbaycanda şahmatın inkişaf etdirilməsi, geniş təbliği və yeni nəsil şahmatçıların yetişməsi işinə mühüm töhfələr vermisiniz. Ölkəmizdə çoxsaylı şahmat yarışlarının uğurlu təşkilində böyük xidmətləriniz vardır.

 

Dünya şahmat ictimaiyyəti uzun illərdən bəri Sizi 150-dən artıq mötəbər beynəlxalq turnirdə, o cümlədən FİDE Qran-priləri, Ümumdünya Şahmat Olimpiadası və Dünya Kubokunda ədaləti qorumuş nüfuzlu baş hakim kimi tanıyır, təqdir edir və səmərəli fəaliyyətinizə ehtiramla yanaşır.

 

Azərbaycan şahmat məktəbinin inkişafına töhfələriniz dövlət tərəfindən yüksək qiymətləndirilmiş və Siz dəfələrlə təltiflərə layiq görülmüşsünüz.

 

Sizə bu əlamətdar gündə ən xoş arzularımı yetirir, uzun ömür və möhkəm cansağlığı arzulayıram”.

 


OXŞAR XƏBƏRLƏR

Ronaldonun nişanlısı yenidən brilyant üzük nümayiş etdirdi - FOTOLAR

Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun nişanlısı 31 yaşlı Georgina Rodrigez nəhəng brilyant qaşlı üzük nümayiş etdirib. Cütlüyün pərəstişkarları bunun...

Banklarda bu kreditlər üzrə FAİZLƏR ARTDI

İpoteka Kredit və Zəmanət Fondu hesabına verilmiş ipoteka kreditləri üzrə faiz dərəcələrində əhəmiyyətli dəyişiklik müşahidə edilməsə də, bankların daxili resur...

Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Baş nazir Əli Əsədovla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə M.Kavela...

Gürcüstan prezidenti Heydər Əliyev Mərkəzində olub - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Heydər Əliyev Mərkəzində olub.   Sfera.az xəbər verir ki, qonağ...

Mehriban Əliyeva qızı ilə körpələr evində - FOTOLAR

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 15-də Bakının Nəsimi rayonunda yerləşən ...

Universitet tələbəsi vəfat etdi - FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetin sosila media hesablarında məlumat v...