"Onların başında şəxsən Makron dayanır"


"Onların başında şəxsən Makron dayanır"

Azərbaycanın müstəqil xarici siyasəti və dost ölkələrin, xüsusən də qardaş Türkiyənin dəstəyi sayəsində Qərbin planları iflasa uğradı.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işləri naziri Ceyhun Bayramov Antalyada "Anadolu Agentliyi"nə müsahibəsində bildirib.

 

O xatırladıb ki, ATƏT-in Minsk Qrupuna ABŞ, Fransa və Rusiya həmsədrlik edir və bu üç ölkə problemin həlli üçün zamanında heç bir əməli addım atmayıb.

 

"Onlar işğala son qoyması üçün Ermənistana heç bir təzyiq göstərməyiblər. Həm işğalçıya, həm də torpaqları işğal edilən tərəfə eyni mesajı verdilər. İkinci Qarabağ müharibəsi nəticəsində problem həll edildikdən sonra 30 il fəaliyyət göstərməyən Qərb dövlətləri Azərbaycana təzyiq göstərməyə başladılar.

 

Azərbaycanı ərazi bütövlüyünü təmin etdiyinə görə cəzalandırmağa cəhd etdilər. Bunlardan birincisi Fransa və Fransa prezidenti Emmanuel Makrondur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında danışıqlar aparmaqla Azərbaycanı cəzalandırmaq istəyirdilər. Avropa İttifaqı Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün səy göstərdi. Amma heç birində uğur qazana bilmədilər. Biz onu da görmüşük ki, ABŞ-da da demokratların hakimiyyəti dövründə Ermənistan dəstəklənib",- deyə nazir bildirib.

 

C.Bayramov əlavə edib ki, Azərbaycanın haqsızlıqla üzləşdiyi bir vaxtda Qərb Ermənistanın tərəfinə keçdi.

 

"30 il işğalçıya heç nə demədilər, Azərbaycan ərazi bütövlüyünü təmin edəndə onu cəzalandırmağa, təzyiq göstərməyə çalışdılar. Amma müstəqil xarici siyasətimiz və dost ölkələrin, xüsusən də qardaş Türkiyənin dəstəyi sayəsində Qərbin planları iflasa uğradı",- deyə nazir qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu valyuta bahalaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, 100 Rusiya rublunun məzənnəsi isə 1,3 % artaraq 2,0666 manat təşkil edib.  ...

İcra başçısının qardaşı vəfat etdi

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı Maqsud Aslanov vəfat edib.   Sfera.az Pravda.az-a istinadən xəbər verir ki, ...

XİN Fransa rəsmilərinin Azərbaycan əleyhinə iddialarına cavab veridi

14 aprel 2025-ci il tarixində Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən...

Qatarların sürət həddi endirildi

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə edilən küləkli-yağışlı ha...

Fransa casusunun məhkəməsi: Onu 20 il həbs cəzası

Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə...

Göyərçinlərin sağlamlığımız üçün GİZLİ TƏHLÜKƏSİ

Çoxlarının zərərsiz şəhər quşları hesab etdiyi göyərçinlər əslində insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. İnfeksiya yaydıqları üçün onlara bəzən &quo...