Ermənistanın şərti: "Öncə sülh müqaviləsi bağlansın, sonra..."

Ermənistanın şərti: "Öncə sülh müqaviləsi bağlansın, sonra..."

"Sülh müqaviləsi münasibətlərin başlanması və qalan problemlərin həlli üçün əsasdır".

 

Sfera.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

 

Nazir bildirib ki, sülh müqaviləsi bütün suallara cavab vermir, lakin dünyada bütün mümkün suallara cavab verən və bütün mümkün problemləri əhatə edən bir saziş yoxdur.

 

Mirzoyanın qeyd edib ki, Ermənistan Konstitusiyasında Qarabağın Ermənistanın bir hissəsi olması ilə bağlı bir dənə də bənd yoxdur. Həmçinin, İrəvan sülh müqaviləsi bağlanacağı təqdirdə ATƏT-in Minsk qrupunun buraxılması prosesi ilə bağlı müzakirələrə başlamağa hazırdır.

 

Ermənistan tərəfi sülh sazişinin imzalanma tarixini və yerini müəyyən etmək üçün məsləhətləşmələrə başlamağı təklif edib.

 

Xatırladaq ki, Martın 13-də Bakı və İrəvan sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıblar. Tərəflərin razılaşa bildiyi son iki məqam ümumi sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi və beynəlxalq məhkəmələrdəki iddialardan qarşılıqlı imtina ilə bağlı idi.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR