Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü -FOTO


Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü -FOTO

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.
 

Bu barədə Sfera.az-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
 

Görüş zamanı Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, birgə həyata keçirilən layihələrin davam etdirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
 

C.Bayramov Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində mövcud əməkdaşlığın mühüm rolunu qeyd edib.
 

Azərbaycanın Bakı Prosesi çərçivəsində və digər beynəlxalq təşəbbüslər vasitəsilə mədəniyyətlərarası dialoqa verdiyi töhfənin əhəmiyyəti vurğulanıb.

 

Nazir həmçinin postmünaqişə dövründə regional vəziyyət, Azərbaycanın sülh səyləri və Ermənistanla sülh prosesi, habelə mövcud maneələr barədə qarşı tərəfə məlumat verib.


Ali nümayəndə Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə apardığı fəal və ardıcıl siyasəti yüksək qiymətləndirib. O, Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığının bundan sonra da uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıb və birgə təşəbbüslərin gələcəkdə də davam etdirilməsinə dəstəyini ifadə edib.


Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər, o cümlədən qlobal çağırışlar qarşısında mədəniyyətlərarası həmrəyliyin təşviqi, İslamofobiya ilə mübarizə sahəsində birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıblar.






OXŞAR XƏBƏRLƏR

İlqar Mikayıloğlunun oğlunun nişanından FOTOLAR

Aparıcı İlqar Mikayıloğlunun oğlu Mikayıl nişanlanıb.   Sfera.az xəbər verir ki, aparıcı bu barədə sosial media hesabında məlumat yayıb.   ...

Emin Ağalarov Prezident ailəsinin “Sea Breeze”dən görüntülərini paylaşdı - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım olacaq

Bu il müavinət və təqaüdlərdə də növbəti artımlar ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçir...

Sergey Narışkin Bakıya gəlib

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda səfərdədir.   Sfera.az xəbər verir ki, Narışkin aprelin 17-18-də Bakıda keçiri...

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Əməkdar artist bu yolla 1 həftəyə 6 kiloqram arıqladı

Əməkdar artist Çingiz Əhmədov qısa müddət ərzində 6 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə aktyor "Xəzər axşamı" ver...