Antalyada mühüm tədbir: Prezident iştirak edəcək

Antalyada mühüm tədbir: Prezident iştirak edəcək

Türkiyənin Antalya şəhərində 11-13 aprel tarixlərində “Parçalanmış dünyada diplomatiyanın bərpası” mövzusunda keçiriləcək IV Antalya Diplomatiya Forumu öz işinə başlayır.

 

Sfera.az xəbər verir ki, forumda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edəcək .

 

Bundan başqa, nümayəndə heyətinin tərkibində Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, XİN rəhbəri Ceyhun Bayramov, müdafiə naziri Zahir Həsənov, Milli Məclisin deputatları Səməd Seyidov, Əhliman Əmraslanov, Əziz Ələkbərli, Nigar Arpadarai, Ramil Həsən də yer alıb.

 

Forumda dünyanın müxtəlif ölkələrindən dövlət rəhbərləri, diplomatik nümayəndələr, nazirlər və mütəxəssislər iştirak edəcəklər.

 

Qeyd edək ki, ənənəvi Antalya Diplomatiya Forumu hər il Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq tədbirdir.

 

Bu platforma dövlət və hökumət başçıları, xarici işlər nazirləri, diplomatlar, akademiklər və digər yüksək səviyyəli şəxsləri bir araya gətirərək qlobal və regional məsələləri müzakirə etməyə imkan verir.

 

Forum çərçivəsində qlobal təhlükəsizlik, iqtisadi inkişaf, iqlim dəyişikliyi və digər aktual beynəlxalq məsələlər müzakirə olunur. (Teleqraf)


OXŞAR XƏBƏRLƏR

Bu telefonlar inetrnetə pulsuz qoşulacaq - SİYAHI

İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış “Starlink” peyk şəbəkəsi sayəsində bəzi smartfonlar 2025-ci ilin iyul ayından etibar...

Dünyanın ən bahalı ali məktəbləri… – Siyahı

Dünyanın ən yüksək təhsil haqqı tələb edən məktəblərinin siyahısı açıqlanıb.   Sfera.az bildirir ki, Axar.az illik təhsil haqqı baxımı...

Bu il müavinət və təqaüdlər artırılacaq - Rəsmi

Bu il müavinət və təqaüdlərdə də növbəti artımlar ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçir...

Azərbaycanda bank kartları ilə bağlı yeni DƏLƏDUZLUQ növü YAYILIB: "Kabus toxunuşu"

Azərbaycanda təmassız ödəniş texnologiyalarından (NFC) istifadə edən bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə alınıb.   Sfera.az &l...

Pulsuz internet dövrü BAŞLAYIR - Yalnız bu telefonlarla qoşula bilərsiniz

Amerikalı milyarder İlon Maskın "Starlink" layihəsi mobil internet bağlantısında bir inqilaba yol açmağa hazırlaşır.   Sfera.az xəbə...

Azərbaycanda pensiyaya 5 il tez çıxmağın yolları - VİDEO

“Əgər şəxsin 5 və daha çox uşağı varsa və ona 8 yaşınadək baxıb, tərbiyə edibsə, “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən,...