Rusiyadakı səfirimizdən “Rus Evi” ilə bağlı AÇIQLAMA


Rusiyadakı səfirimizdən “Rus Evi” ilə bağlı AÇIQLAMA

Azərbaycan və Rusiya Bakıda “Rus Evi” ətrafında yaranmış vəziyyətin nizamlanması üçün dialoqu davam etdirirlər.

 

Sfera.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib.

 

“Dünən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun Moskvaya işgüzar səfəri başa çatdı, Rusiya tərəfi danışıqlarda bu məsələni qaldırmışdı. Öz mövqeyimizi bildirdik ki, bütün bu təşəbbüslər, bütün bu layihələr ciddi şəkildə milli qanunvericiliyə uyğun şəkildə, tərəflər arasında artıq imzalanmış sazişlər əsasında həyata keçirilməlidir, belə sazişlər isə var. Odur ki, bəli, təklif var, bizim də əks mövqeyimiz var. Amma ən əsası dialoqun davam etməsidir. Bu, çox vacibdir”, - Mustafayev jurnalistlərə deyib.

 

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 20-də Moskvanın Bakıda “Rus Evi” ətrafında yaranmış vəziyyətin həlli ilə bağlı təkliflərini Azərbaycana çatdırdığını və konstruktiv qarşılıqlı yanaşmaya ümid etdiklərini bəyan etmişdi.

 

Xatırladaq ki, fevralda Azərbaycan Xarici İşlər Nazirliyi “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin – “Rus Evi”nin hüquqi şəxs kimi qeydiyyata alınmadığını və qurumun Azərbaycan qanunvericiliyini kobud şəkildə pozduğunu açıqlamışdı. Bunun ardınca fevralın 3-də rəsmi Bakı “Rus Evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiya tərəfinə nota göndərib.

 

Bildirilib ki, bu cür təşkilatların Azərbaycan ərazisində fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə edilmiş razılaşmalara əməl olunması tələblərinə uyğun olaraq tənzimlənir.

 

Daha sonra, fevralın 11-də “Rus Evi” Azərbaycanda fəaliyyətini dayandırmaq proseduruna başlayıb.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...