Logo

Azərbaycan XİN Dominikan hökumətinə və xalqına başsağlığı verdi

Azərbaycan XİN Dominikan hökumətinə və xalqına başsağlığı verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Xarici İşlər Nazirliyi Dominikan hökumətinə və xalqına başsağlığı verib.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

"Santo-Dominqoda onlarla insan həyatını itirməsinə və yaralanmasına səbəb olan binanın çökməsi ilə əlaqədar Dominikan hökumətinə və xalqına başsağlığı veririk. Bu faciəli hadisədə yaralanan hər kəsə şəfa diləyirik",-məlumatda qeyd olunub.

Qeyd edək ki, Dominikan Respublikasının paytaxtın Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində 124 nəfər həyatını itirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR