Azərbaycan-Rusiya münasibətlərindəki buludlar çəkilir?

Azərbaycan-Rusiya münasibətlərindəki buludlar çəkilir?

Moskvada Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb. Bu görüşdə Moskva ilə Bakı münasibətlərin mütərəqqi şəkildə möhkəmləndirilməsi üzrə gələcək fəal birgə işlərə qarşılıqlı sadiqlik təsdiq edilib.

 

Bu görüş texniki xarakterlidir, yoxsa münasibətlərin yaxşılaşdırılması üçün atılan addımdır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Yalçın Hacızadə Azərbaycanın beynəlxalq siyasətinin əsas prioritetinin qonşularla milli maraqlara əsaslanan xoş münasibətlərin qurulması olduğunu deyib. Onun sözlərinə görə, torpaqlarımızı işğaldan azad etdikdən dərhal sonra Ermənistana sülh təklifi etmişik:

 

“Buna görə də, Rusiya ilə münasibətlərimizin pozulmasında maraqlı deyilik. Müstəqilliyimizi əldə etdikdən sonra Moskva ilə əlaqələrimiz zaman-zaman gərginləşsə də, ümumilikdə qarşılıqlı hörmət prinsipi üzərində qurulub. Gərginlik heç vaxt bizdən qaynaqlanmayıb. Rusiya ya Ermənistana torpaqlarımızı işğalda saxlamaq üçün dəstək verdiyi, ya da Rusiyada yaşayan azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti apardığı üçün gərginlik yaranıb. 2022-ci ilin fevral ayında iki ölkə arasında 43 maddədən ibarət Müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə imzalanıb”.

 

Politoloq keçən ilin sonunda Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulmasının üzücü hadisə olduğunu qeyd edib:

 

“Rusiya təyyarəmizin vurulması ilə bağlı məsuliyyəti öz üzərinə götürmək istəməyərək, beynəlxalq hüququ pozmağa cəhd etdi. Dövlətimizin haqlı və hüquqi tələblərini yerinə yetirmək əvəzinə, Rusiya hər zaman olduğu kimi əlindəki təsirlərdən bizə qarşı istifadə etməyə çalışdı. Nəticədə, hər iki ölkə arasında yenidən gərginlik yarandı”.

 

Y.Hacızadə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan prezidentini faşizm üzərində qələbə münasibətilə 9 mayda Moskvada keçiriləcək tədbirə dəvət etməsi ilə gərginliyin səngidiyini desə də, Rusiyanın bu vaxta qədər qonşu və müttəfiq kimi davranaraq şərtləri yerinə yetirmədiyini bildirib:

 

“Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun Rusiya xarici işlər nazirinin müavini ilə görüşü, iki ölkə arasında yaranmış problemlərin həlli, siyasi dialoqun dərinləşdirilməsi və ticari-iqtisadi əməkdaşlığın artırılması məqsədini güdür”.

 

Fidan Hacızadə

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...